Dollar/TL məzənnəsi açıqlandı - Kursda növbəti rekord | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - Kursda növbəti rekord

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə qismən yüksələrək başlayıb.

Bazar ertəsini 7,4501 səviyyəsində başa vuran məzənnə günə yüksəlişlə başlayıb. 

Dollar/TL məzənnəsi dünən növbəti rekord göstəriciyə imza atdıqdan sonra bu gün Bakı vaxtı ilə 10:45-də 0,16% yüksələrək 7,4616 səviyyəsində icra edilməkdədir.

Qeyd edək ki, bu həftə ərzində Türkiyədə bu gün açıqlanacaq avqust ayı üzrə büdcə tarazlığı və cümə axşamı elan ediləcək iyun ayı üzrə işsizlik faizi göstəriciləri izlənəcək. Cümə günü isə iyul ayı üzrə cari əməliyyat tarazlığı göstəriciləri açıqlanacaq.

Məzənnə səhər saatlarında başlayan yüksəlişini davam etdirərək 7.4820 səviyyəsi ilə növbəti rekorda imza atıb, daha sonra isə Bakı vaxtı ilə 12:30-da 7.4813 səviyyəsinə geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram