Daxili gəlirin nisbəti, potensial investisiyaların gəlirini qiymətləndirmək üçün maliyyə təhlilində istifadə olunan bir metrikdir. Daxili gəlir dərəcəsi, investisiyanın xalis cari dəyərini sıfıra bərabər edən endirim dərəcəsidir. Başqa sözlə, daxili gəlir nisbəti, şirkətə daxil olan pulun cari dəyərini şirkətdən xaric olan pulun cari dəyərinə bərabərləşdirən uçot dərəcəsi hesab olunur. Daxili gəlir nisbəti(IRR), investisiya qoyuluşunun nə qədər əlavə dəyər yaradacağını da ifadə edir.
IRR, investisiyanın nə qədər qazanclı olacağını təxmin etməyə kömək edir. Məsələn, bir kapitalın 10% IRR-a sahib olduğu deyiləndə, bu o deməkdir ki, bu kapital ömrü boyu illik 10% gəlir verəcək.
Mövzunu anlamağınız üçün başqa bir misal verək: İlkin dəyəri 100.000 manat olan və sadəcə bir il ömrü olan bir layihə var. Bu layihənin ümumi gəliri 150.000 manatdır. Bu halda, layihə üçün NPV dəyərini sıfıra bərabər edən dəyər, yəni, IRR 50%-dir.
Daxili gəlir nisbətini 3 yolla hesablaya bilərik:
1. Excel və ya digər elektron cədvəl proqramlarında IRR və ya XIRR funksiyasından istifadə etməklə,
2. Maliyyə kalkulyatorundan istifadə etməklə,
3. NPV sıfıra bərabər olana qədər analitikin fərqli endirim dərəcələrini sınadığı bir təkrarlama prosesindən istifadə etməklə.
Excel-də IRR-i necə hesablamaq olar?
Excel-də heç bir çətinlik çəkmədən IRR hesablaya bilərsiniz. Excel sizin üçün bütün lazımi işləri görməklə, tapmaq istədiyiniz endirim dərəcəsini hesablayır. Etməli olduğunuz şey budur ki, yalnız illik gəlirləri, o cümlədən ilkin investisiyanı IRR funksiyası ilə birləşdirəcəksiniz. IRR funksiyasını Insert Function (fx) işarəsinə tıklayaraq tapmaq olar.
Daxili Gəlir Nisbəti Nə Üçün İstifadə Olunur?
Şirkətlər gəlirlərini artırmaq və ya xərcləri azaltmaq üçün müxtəlif layihələr həyata keçirməkdədirlər. Böyük, yeni bir biznes ideyası, məsələn, yeni bir məhsulun hazırlanması investisiya tələb edir.
Böyük liderlər, kapital büdcələşməsində qərar vermək üçün gəlirlərini bilməlidirlər. Daxili gəlir nisbəti, proqnozlaşdırılan gəlirlər əsasında layihələri müqayisə etməyə imkan verən ən yaxşı üsuldur. Ümumiyyətlə, ən yüksək daxili gəlir nisbətinə sahib olan investisiyaya üstünlük verilir.
Hərtərəfli investisiya təhlili edilən zaman, düzgün investisiyanı seçmək üçün bir analitikdən xalis cari dəyər (NPV) və geri qaytarılma müddəti kimi göstəricilərlə yanaşı, həm də daxili gəlir nisbətini də araşdırmaq tələb olunur.
markzone.az
Bizi sosial şəbəkələrdən izləyin!!