Tamara Mustafayeva, Banco.az
Twitter-da istifadəçilər artıq hər hansı bir tvitin aldığı şərhli retvitləri birbaşa görə biləcəklər.
ABŞ-ın sosial media tətbiqi Twitter milyonlarla istifadəçisinə daha yaxşı xidmət göstərmək üçün yeni funksiyalar üzərində işləməyə davam edir. Platformada ən çox istifadə edilən xüsusiyyətlərdən biri də şübhəsiz ki, retvit funksiyasıdır. Belə ki, istifadəçilər başqasının hər hansı bir tvitini retvit edərək öz ana səhifəsində yayımlaya bilir. Odur ki, Twitter retvit xüsusiyyətini daha da təkmilləşdirmək üçün yeni funksiya üzərində işləyir.
May ayında platforma şərhli retvitlərin sayının görülməsini iOS əməliyyat sistemi üçün əlçatan etmişdi. Bu göstərici "Bəyənmələr" və "Retvitlər" bölməsi ilə eyni zolaqda göstərilirdi.
Şirkətdən sözügedən funksiya ilə bağlı açıqlama gəlib:
"Bir neçə ay əvvəl siz hər hansı bir şərh yazılmış retviti görmək üçün həmin tvitin aldığı bütün retvitlərə baxmalı olurdunuz. Bu, hazırda da hər kəs üçün əlçatandır. Lakin, indi isə biz şərhli retvitləri birbaşa həmin tvit vasitəsilə görməyinizə imkan yaradacaq yeni funksiyanı sınaqdan keçiririk."
Xatırladaq ki, sözügedən funksiyanın "Quotes" (Sitatlar") adlandırılması nəzərdə tutulub.
Həmçinin oxu: Twitter-a da Story funksiyası əlavə olunur
Bizi sosial şəbəkələrdən izləyin!!