Twitter-a da Story funksiyası əlavə olunur | Banco.az

Twitter-a da Story funksiyası əlavə olunur

Tamara Mustafayeva, Banco.az

Snapchat, Instagram, Facebook, WhatsApp, YouTube kimi populyar sosial media platformalarında mövcud olan Hekayə (Story) funksiyasını artıq Twitter-da da görəcəyik.

"Fleets" adlı hekayələr funksiyası ənənəvi tvitlərdən bir qədər fərqlənir. Belə ki, sözügedən hekayələri hər kəsin görə biləcəyi formada yayımlamaq mümkün olsa da, eyni formada retvit etmək və ya cavablandırmaq olmayacaq. İstifadəçilər bu hekayələrə ancaq hər iki şəxs bir-birini izləyirsə və ya birbaşa mesajları hər kəsə açıqdırsa, reaksiya verə biləcək. Əgər Twitter səhifəniz gizlidirsə, hekayələrinizi təkcə izləyiciləriniz görə biləcək.

Hekayələr əsas səhifənin yuxarısında yer alacaq və ya müəyyən istifadəçinin profilin şəklinə klikləyərək də görülə biləcək. 

Onu da qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir və sadəcə Braziliya, İtaliya və Hindistandakı istifadəçilərin ixtiyarına verilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Twitter ilə Instagram-ın müqayisə edildiyi əyləncəli reklam afişaları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et