Bu rayonlar üzrə pensiyalar ödənilib | Banco.az

Bu rayonlar üzrə pensiyalar ödənilib

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablara köçürülüb.

Ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi  ilə əlaqədar olaraq, pensiyaçılar istənilən bankın bankomatlarından öz pensiyalarını əldə edə bilərlər. Bu zaman hər hansı bir faiz tutulmayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram