Tamara Mustafayeva, Banco.az
Microsoft firmasının ardınca Apple şirkətinin də TikTok platformasını satın almaq üçün təklif irəli sürdüyü iddia edilmişdi. Texnologiya nəhəngi bu iddialara cavab verib.
Məlum olduğu kimi, bir müddətdir ki, Microsoft firması Çinin ByteDance şirkətinə məxsus TikTok platformasını satın almaq üçün danışıqlar həyata keçirir. Hətta Çin tərəfinin Microsoft ilə əldə ediləcək hər hansı bir razılaşmaya qarşı çıxdığı söylənilir. Bu dəfə də Apple şirkətinin sözügedən sosial media platformasını satın almaq üçün təklif irəli sürdüyü iddia edilib. Ancaq texnologiya nəhəngi bu istiqamətdə heç bir planın olmadığını açıqlayıb.
Microsoft şirkəti isə TikTok platformasının satın alınması ilə bağlı danışıqların hələ başlanğıc mərhələsində olduğunu bildirib.
Qeyd edək ki, TikTok platformasının satış əməliyyatları ABŞ, Yeni Zelandiya, Kanada və Avstraliyanı əhatə edir. Ölkəmiz də daxil olmaqla digər ərazilərdə TikTok xidməti yenə də Çinin ByteDance şirkəti tərəfindən təmin ediləcək.
Həmçinin oxu: Tramp TikTok-u bağlamamaq üçün şərtini irəli sürdü
Bizi sosial şəbəkələrdən izləyin!!