Tamara Mustafayeva, Banco.az
Samsung şirkəti yeni qatlanan smartfonu Galaxy Z Fold 2 modelinin ictimaiyyətə tanıdılması tarixini rəsmi Twitter səhifəsi vasitəsilə açıqlayıb.
Texnologiya nəhəngi Samsung şirkəti bir müddətdir ki, yeni qatlanan smartfonu Galaxy Z Fold 2 modeli ilə bağlı çalışmalar həyata keçirir. Yaxın günlərdə sözügedən modelin avqust ayında ictimaiyyətə tanıdılacağı iddia edilmişdi. Şirkət rəsmi Twitter səhifəsi vasitəsilə məsələyə aydınlıq gətirib.
Belə ki, şirkət yeni smartfonunu 5 avqust tarixində keçiriləcək "Unpacked" tədbiri zamanı tanıdacağını açıqlayıb. Sözügedən açıqlamada kəpənək loqosunun yenilənmiş versiyasına yer verilib. Bu da Note 20 seriyası ilə birlikdə Galaxy Z Fold 2 modelinin də tanıdılacağı mənasını verir.
Xatırladaq ki, smartfonun qiymətinə dair məlumatlar da həmin tədbirdə dəqiqləşəcək.
Həmçinin oxu: Samsung debet kartını buraxmağa hazırlaşır
Bizi sosial şəbəkələrdən izləyin!!!