Tamara Mustafayeva, Banco.az
Çinin e-ticarət nəhəngi Alibaba şirkətinin təsisçisi Cek Ma milyardlarla dollar dəyərindəki Alibaba səhmlərini nağda çevirib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən satış əməliyyatından sonra Cek Ma-nın Alibaba şirkətindəki səhmlərinin nisbəti 6.2%-dən 4.8%-ə düşüb. Eyni xəbərdə qeyd edilir ki, 55 yaşlı iş adamı bu satışdan 8.2 milyard dollar əldə edib.
Xatırladaq ki, e-ticarət nəhənginin təsisçisi Cek Ma ötən il şirkətin İdarə Heyətinin Sərdliyindən istefa etdiyini açıqlamışdı.
Həmçinin oxu: Bill Qeyts, Cek Ma və Elon Maskın istifadə etdikləri 5 saat prinsipi
Bizi sosial şəbəkələrdən izləyin!!