Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi bu gün də stabilliyini saxlayır.

Uzun müddətdir ki, 6.85-6.86 səviyyələrində dalğalanan kurs yeni günə də 6.86 səviyyəsində başlayıb. 

Bu gün dollar əksər inkişaf etməkdə olan ölkə valyutalarına qarşı dəyər qazanır. Ən çox dəyər itkisi yaşayan valyuta isə 1%-lik göstərici ilə Meksika pezosudur.

Qeyd edək ki, dünən yayımlanan Türkiyə Respublikası Mərkəzi Bankının proqnoz anketində ilin sonu üçün Dollar/TL proqnozu 6.99-dan 7.02 səviyyəsinə yüksəlib. 

Gün ərzində Türkiyədə əmlak satışları üzrə göstəricilər, Amerikada isə İstehlakçı Qiymət İndeksi açıqlanacaq. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram