Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi 6.85 səviyyəsini keçib.

Dünən 6.83-6.85 səviyyəsində dalğalanan kurs yeni günə 6.85 səviyyəsində başlayıb.

Dünən 6.83-6.85 səviyyəsində dalğalanan, günü isə 6.8455 səviyyəsində başa vuran Dollar/TL günün ilk saatlarında 6.85 səviyyəsində icra edilir. Xatırladaq ki, koronavirus pandemiyasında ikinci dalğa narahatlıqları türk lirəsinə təzyiq göstərməyə davam edir. Dollar isə səhər saatlarından etibarən bir çox inkişaf etmiş ölkə valyutaları qarşısında dəyər itkisi yaşamağa başlayıb.

Qeyd edək ki, FED sədri Jerom Povel dünən Senatdakı çıxışı zamanı Konqresə maliyyə dəstəyinin geri çəkilməməsinə dair çağırış edib.

Bu gün Türkiyədə həftəlik əmlak qiymətləri üzrə statistik məlumatlar izləniləcək. İngiltərədə Mərkəzi Bank faiz qərarını açıqlayacaq. Amerikada isə həftəlik işsizlik müraciətləri üzrə göstəricilər gündəm mövzusudur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram