11 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin 25 milyon manatlıq ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Qiymətli kağızın ISIN kodu |
AZ2045008680 |
Emissiya həcmi |
25 000 000 AZN |
Nominal qiyməti |
1000 АZN |
Hərrac qiyməti |
1 008,0833 AZN |
İstiqrazların tədavül müddəti |
19 il |
Faiz dərəcəsi |
3 % |
Faiz gəlirinin ödəniş müddəti |
6 aydan bir (180 gün) |
Anderrayter |
BTB-Kapital İŞ ASC |
Bizi sosial şəbəkələrdən izləyin!!