Tamara Mustafayeva, Banco.az
Apple və Huawei şirkətlərinin öz kart məhsullarını buraxmağa hazırlaşmalarından sonra bu sahədə növbəti addım digər bir texnologiya nəhəngi Samsung şirkətindən gəldi.
Banco.az xarici mətbuata istinadla bildir ki, Cənubi Koreyanın texnologiya şirkəti Samsung Mastercard və SoFi fintek şirkəti ilə əməkdaşlıq çərçivəsində “Samsung Money” adlandırılacaq debet kartı buraxmağa hazırlaşır.
Şirkətdən bildirildiyinə görə, sözügedən debet kartından istifadə üçün illik ödəniş tələb edilməyəcək. Bununla yanaşı “Samsung Money” istifadəçilərə mobil ödəmə və rəqəmsal pul kisəsi xidmətini həyata keçirən “Samsung Pay” ilə əlaqəli bəzi üstünlüklər də yaradacaq. Sözügedən debet kartın Amerikadakı müştərilər üçün yay aylarında istifadəyə buraxılması planlaşdırılır.
Xatırladaq ki, kartın təhlükəsizlik tədbirləri əksər Samsung telefonlarında əvvəlcədən quraşdırılmış Samsung Knox xidməti tərəfindən reallaşdırılacaq və kartın üzərində kart nömrəsi, son istifadə tarixi və CVV nömrəsi qeyd edilməyəcək. Əvəzində isə bu məlumatlar Samsung Pay tətbiqi vasitəsilə əldə edilə biləcək.
Həmçinin oxu: Google debet kartını istifadəyə vermək üzrədir
Bizi sosial şəbəkələrdən izləyin!!