Google debet kartını istifadəyə verməyi planlaşdırır.
Bu barədə şirkətdəki anonim mənbələrdən bildirilib.
Məlumata əsasən, şirkət debet kartlarını həm rəqəmsal, həm də virtual formada inkişaf etdirir. Google Kart istifadəçi hesabına bağlanılaraq onlayn ödəniş üçün imkan yaradır.
Beləliklə, istehlakçılar Google Play tətbiqində alış-veriş və kart əməliyyatlarını idarə edə biləcəklər. Maliyyənin monitorinq sistemi ilə xərcləri izləmək, qalıq vəsaiti yoxlamaq, hesabı bloklamaq, hesaba vəsait yükləmək və ya pul köçürmək mümkün olacaq.
Kart, CITI və Stanford Federal Kredit İttifaqı daxil olmaqla çoxsaylı bankların tərədaşlığı ilə istifadəyə veriləcək.
Şirkət yeni kartın Apple Pay və Apple Card-a güclü rəqib ola biləcəyinə əmindir.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!