Azərbaycan əhalisi martda nağd rubl alışını iki dəfəyə yaxın artırıb | Banco.az

Azərbaycan əhalisi martda nağd rubl alışını iki dəfəyə yaxın artırıb

Bu ilin mart ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 430,58 mln. rubl təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 1,8 dəfə çoxdur.

Banklar tərəfindən əhaliyə satılan nağd rubl kütləsinin həcmi aylıq müqayisədə isə 52,3 mln. rubl və ya 13,8% artıb.

Bundan başqa, mart ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 953,3 mln. rubl təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 99,9 mln. rubl və ya 9,5% azdır. Aylıq müqayisədə isə azalma 190,54 mln. rubla və ya 16,7%-ə bərabər olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram