Bu şirkət işçilərinin bir hissəsini ixtisara salacaq | Banco.az

Bu şirkət işçilərinin bir hissəsini ixtisara salacaq

Nigar Umaxanlı, Banco.az

"The Information"nun məlumatına görə “Uber” aqreqatorunun rəhbərləri koronavirus pandemiyası fonunda biznes fəaliyyətinin zəifləməsi səbəbindən işçilərin 20%-ni ixtisar etmək barədə müzakirələr aparırlar.

Banco.az xəbər verir ki, ümumilikdə 27 min işçisi olan şirkətin 5400 əməkdaşı iş yerini itirə bilər. İşdən çıxarılma ilə bağlı qərar hələ təsdiqlənməyib, lakin gələcək həftələrdə mərhələli şəkildə elan oluna bilər.

Həmçinin oxu: “Uber”in baş direktoru bütün tələbələrə nəyi tövsiyə edir?

“The Information”ın mənbələri bildirib ki, 2013-cü ildə “Uber”ə gəlmiş və onun ən birinci rəhbəri olmuş baş texniki direktor (CTO) Thuan Fam artıq şirkətdən ayrılıb. 3800 nəfərin çalışdığı şöbədə 800 mühəndisin ixtisarının planlaşdırıldığı məlum olduqdan sonra Fam işdən ayrılmaq qərarı verib.

Həmçinin oxu: Koronavirus şirkətlərin maliyyə nəticələrinə nə dərəcədə təsir göstərir?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram