Evdən işləyənlər hansı qaydalara mütləq əməl etməlidir? | Banco.az

Evdən işləyənlər hansı qaydalara mütləq əməl etməlidir?

Nigar Umaxanlı, Banco.az

"LinkedIn"in baş direktoru Ceff Vayner məsafədən işləyərkən məhsuldarlığı artırmaq sirrini bölüşüb. Sahibkar belə hesab edir ki, işçilər cədvəllərinə “bufer vaxtı”, yəni tapşırıqlara ara vermək üçün leqal fasilə daxil etməlidirlər.

Həmçinin oxu: LinkedIn optimist ölkələrin adlarını açıqlayıb 

Vayner ofisdə iş zamanlarında da bufer vaxtı ideyasına əməl edirdi. Sahibkar qeyd edib ki, uzaqdan işə keçid etməklə gün ərzində tənəffüs üçün vaxt ayırmaq, həqiqətən, getdikcə daha da çətinləşir. Evdə “bufer” bir qayda olaraq məişət problemlərinin həllinə və ya uşaqlarla oyun oynamağa sərf olunur.

“Getdikcə video zənglər arasındakı boş vaxtı ev işləri və uşaqların qayğısına qalmaq tamamilə məşğul edir. Bu isə istirahət deyil, yalnız tapşırığın dəyişməsidir. Bu yanaşma məhsuldarlığa təsir göstərə bilər. Bufer vaxtını təyinatı üzrə istifadə edib-etmədiyinizə əmin olun. Dərin nəfəs alın, bir neçə məşq edin. Rahatlayın. Bu təkcə sizə deyil, həm də sizə güvənən insanlara da fayda gətirəcək”.

Həmçinin oxu: Dünyanın ən yaxşı CEO-sunun adı açıqlandı

Bufer vaxtından səmərəli istifadə etməyə başlamaq üçün aşağıdakı tövsiyələrə əməl etməlisiniz:

1. Plan tərtib edin

İş qrafikinizə qanuni istirahət üçün vaxt əlavə edin. Uşaqlarla keçirilən vaxt nəzərə alınmır! Buna çox ciddi yanaşın. Məsələn, vacib bir görüşünüzün ləğv olunduğunu və ona sərf olunacaq vaxtın tamamilə sizin ixtiyarınızda olduğunu düşünün. Həmin zamanı ürəyiniz istədiyi kimi dəyərləndirin.

Ən sərfəli kredit üçün müraciət et

2. Ailənizi də bir işlə məşğul edin

Yaxınlarınızın diqqətinizi yayındırmaması üçün onları da nə iləsə məşğul edin. Məsələn, “buferiniz” saat 13:00 və 14:00 aralığında yarım saat çəkirsə, çalışın ki, məhz bu müddətdə uşaqlara tapşırıq verəsiniz və ya kompüter oyunları oynamağa icazə verəsiniz. Yaxud da cizgi filminə baxsınlar. Xülasə, vəziyyətə uyğun hərəkət edin.

3. Özünüzə məxsus istirahət üsulunu tapın

Doğrudan, həddən artıq çox işiniz varsa, onlardan birini həll etmək üçün istirahət vaxtınızı sərf etməyi istəyə bilərsiniz. Bunu əsla etməyin! Necə dincəlmək istədiyinizi əvvəlcədən qərarlaşdırın. Məşq edin, kitab oxuyun, musiqi dinləyin və ya maraqlı video izləyin. Əsas odur ki, fasiləni sırf özünüzə həsr edəsiniz.

Həmçinin oxu: “Microsoft”un CEO-su sahibkarlara bu kitabları oxumağı məsləhət görür 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram