Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir | Banco.az

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqda davam edir

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

İclasda uçot dərəcəsinin 1 faiz bəndi azaldılaraq 9,75%-dən 8,75%-ə endirilməsinə qərar verilib.

Xatırladaq ki, TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında uçot dərəcəsi 0,75 faiz bəndi azaldılaraq 11,25%-ə, fevralın 19-da keçirilmiş iclasında uçot dərəcəsi 0,5 faiz bəndi azaldılaraq 11,25%-dən 10,75%-ə, martın 17-də keçirilmiş iclasında isə uçot dərəcəsi 10,75%-dən 9,75%-ə endirilmişdi. 

Report

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram