Bu ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana 121 872,1 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 42,6% artım qeydə alınıb.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ixracında 15,7% payla qonşu ölkənin birinci əsas ixrac tərəfdaşı olub.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!