Türk Lirəsi ucuzlaşmaqda davam edir.
Dollar/TL məzənnəsi 6.58 səviyyəsini də keçərək 6.5830-u görüb.
Keçən həftə Türk Lirəsi Dollar qarşısında 3%-dən çox dəyərdən düşüb.
Dünyada minlərlə adamın ölümünə səbəb olan koronavirus epidemiyasına dair narahatlıqlar Türk Lirəsi üzərində də təzyiq yaratmağa davam edir. BIST 100 İndeksi bu narahatlıqlar ilə keçən həftə 10% geriləyib.
Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca, dünənki açıqlamasında virus səbəbilə ölkədə ölənlərin sayının 30-a yüksəldiyini söyləyib.
marja