Azərbaycana xaricdən ət idxalı bahalaşıb | Banco.az

Azərbaycana xaricdən ət idxalı bahalaşıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 216 milyon  594,4 min ABŞ dollarına bərabər olub.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, cari ilin ilk iki ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 11,8% azdır.

Ümumiyyətlə, cari ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 12,1% təşkil edib.

Hesabat dövründə ölkəyə 14 milyon 147,1 min dollar dəyərində 7 886,8 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi 12,4% artsa da, miqdar göstəricisi üzrə isə 13,7% azalıb.

2020-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə 1 milyon 842,4 min dollar (8% artım) dəyərində 1 238,1 ton (6,6% azalma) süd idxal olunub.

Ölkəyə həmçinin 10 milyon 802,6 min dollar dəyərində 2 182,8 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu göstərici üzrə 2019-cu ilin eyni dövrü ilə müqayisədə həcm olaraq 21,4%, dəyərində isə 17,2% artım müşahidə olunub.

APA