Vakansiya haqqında məlumat:
Əməliyyatçı (İsmayıllı)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İsmayıllı şəhərində yerləşən filialı üçün Əməliyyatçı vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Müştərilər barədə Məlumat informasiya sistemindən məlumatların əldə edilməsi;
- Müştərilər üçün hesabların açılması;
- Kredit ödənişlərinin vaxtında ödənilməsinin yoxlanmasına nəzarət etmək;
- Tələb olunan müqavilələrin hazırlanması;
- Daxil olan zəngləri qəbul etmək və cavablandırmaq;
- Müvafiq sənədlərin, faksların qəbul etməsini və göndərilməsini təmin etmək;
- Ofisdə kargüzarlıqla bağlı bütün işlərin yerinə yetirmək;
- Ofisdə işləyən əməkdaşlara müvafiq inzibati köməklik göstərmək;
- Kredit sənədlərin arxivləşdirilməsi və qorunmasını təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali və ya orta ixtisas təhsili;
- Yaşayış yeri: İsmayıllı ərazisi;
- Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi.
- Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Əməliyyatçı, İsmayıllı) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Şirkət:
KredAqro