Bu ilin fevralın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 28 530,4 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 335,9 mln. manat və ya 1,2% azdır.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 851,2 mln. manat və ya 20,5% artıb.
2020-ci ilin fevralın 1-nə manatla geniş pul kütləsinin həcmi 17 946,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 292,5 mln. manat və ya 1,6% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3 984,4 mln. manat və ya 28,5% artıb.
Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
APA