2019-cu ildə Azərbaycandan təzə gilas və albalı ixracı 13,7% artaraq 26 min 515 ton təşkil edib. Bu barədə hökumətdən məlumat verilir.
Bu məhsulun satışından gəlir 42 milyon 200 min dollar təşkil edib (аrtım 11%).
İxracın bütün həcmi Rusiyanın payına düşüb. Xüsusilə, ötən il Rusiyaya 42 milyon 69 min dollar (аrtım 10,9%) məbləğində 26 min 413 ton təzə gilas və albalı ixrac olunub (artım 13,3%). 2019-cu il ərzində Azərbaycandan gilas və albalı ixracının 99,6%-i Rusiyanın payına düşüb.
2018-ci ildə Azərbaycan 37 milyon 988 min dollar məbləğində 23 min 320 ton gilas və albalı ixrac etmişdi.
“İnterfaks-Azərbaycan”