Yeni növ koronavirus epidemiyasının Çin xaricindəki ölkələrdə də yayılmağa başlaması ilə əlaqədar olaraq Rusiya rublu və birjası düşüb.
Koronavirus epidemiyasının müxtəlif ölkələrdə də yayıldığına dair xəbərlərin ardından, Rusiya rublu dollar qarşısında 2,18% dəyər itirərək 65,12 səviyyəsini, avro qarşısında da 2,24% düşərək 71,09 səviyyəsini görüb.
Moskva Birjası (MICEX) indeksi 1,26% dəyər itirərək 3066 bəndə, RTS indeksi 2,1% azalaraq 1492 bəndə qədər geriləyiblər.
Analitiklər, koronavirusun Çin xaricindəki ölkələrə də sıçramasının ardından, fərqli ölkələrdə də karantin tətbiqlərinin ola biləcəyi narahatlığı ilə sərmayəçilərin risk iştahının azaldığına işarə edirlər.
Rusiya ən böyük ticarət ortaqlarından Çinlə sərhədini bağlamış, Çin vətəndaşlarına viza verməyi dayandırmışdır.
marja