"Anadolujet" Azərbaycanda ilk endirim kampaniyasına start verib | Banco.az

"Anadolujet" Azərbaycanda ilk endirim kampaniyasına start verib

Martın 29-dan Bakıdan İstanbul (SAW) və Ankara (ESB) istiqamətlərində səyahət etmək istəyənlər bu fürsətdən yararlana bilər.

Kampaniya şərtlərinə əsasən, ekonom sinif gediş-gəliş biletlərin qiyməti vergilər daxil olmaqla 119 avrodan başlayır. Qiymətə 20 kq baqaj və əlavə əl yükü daxildir. Martın 1-nə qədər davam edəcək kampaniya çərçivəsində alınan biletlərlə 29 mart – 30 oktyabr 2020-ci il tarixləri arasında səyahət etmək mümkündür. 

Qeyd edək ki, hazırda Türk Hava Yolları tərəfindən icra edilən İstanbul (SAW) və Ankara (ESB) uçuşları martın 29-dan etibarən Türk Hava Yollarının aşağı büdcəli havayolu daşıyıcısı "Anadolujet" tərəfindən yerinə yetirələcək. "Anadolujet" səfərlərinə texniki və digər bütün aviasiya xidmətləri əsas marka olan Türk Hava Yolları tərəfindən göstərilməkdədir.

marja