Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə mental arifmetika üzrə olimpiada keçirilib | Banco.az

Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə mental arifmetika üzrə olimpiada keçirilib

Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə CASPİAN CUP 2020 mental arifmetika üzrə beynəlxalq olimpiada keçirilib. Tədbirin təşkilatçısı qismində International school of mental arithmetic ISMA BAKU çıxış edib.

Olimpiadaya Azərbaycan, Rusiya, Özbəkistan, Ukrayna, İsveçrə və Böyük Britaniyadan 4-16 yaş arasında olan 230-dan çox iştirakçı qatılıb. İştirakçılar yaş həddi, məsələlərin çətinlik səviyyəsi və həlli surətinə görə müxtəlif qruplara bölünüb. Olimpiadanın nəticələrinə görə qaliblər müəyyən olunub və onlara bank VTB (Azərbaycan) tərəfindən pul mükafatı təqdim edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bank VTB (Azərbaycan) sosial fəaliyyətində təhsil sahəsindəki layihələrə xüsusi diqqət yetirir. Bank gənc nəslin savadlılığının artırılması istiqamətində bir sıra tədbirlər reallaşdıraraq cəmiyyətin inkişafına öz  töhfəsini verir.

Ən sərfəli krediti almaq üçün müraciət et