Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2% üstələyərək 3,1 milyard manata bərabər olub.
Statistikaya əsasən, ticarət dövriyyəsinin 1,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7% və 3,6% artıb.
Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2019-cu ilin yanvar ayına nisbətən, %lə |
Pərakəndə ticarət dövriyyəsi | 3 075,6 | 103,2 |
o cümlədən: | ||
ərzaq məhsulları | 1 378,2 | 102,9 |
içkilər və tütün məmulatları | 186,1 | 101,5 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 541,7 | 104,0 |
elektrik malları və mebellər | 184,3 | 103,4 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 21,2 | 103,5 |
əczaçılıq və tibbi mallar | 40,5 | 103,7 |
avtomobil yanacağı | 166,5 | 101,1 |
digər qeyri-ərzaq məhsulları | 557,1 | 103,9 |
Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8%-i ərzaq məhsullarının, 6,1%-i içkilər və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2020-ci ilin yanvar ayında istehlak məhsullarının dəyər ifadəsində 23,6%-i ticarət müəssisələri, 49,2%-i fərdi sahibkarlar tərəfindən, 27,2%-i isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1%, fərdi sahibkarlar üzrə 0,8% artmış, bazar və yarmarkalarda isə 8,4% azalıb.
Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 309,1 manat və ya 2019-cu ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 15,3 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Report