2020-ci ilin əvvəli üçün ən sürətli smartfon açıqlanıb | Banco.az

2020-ci ilin əvvəli üçün ən sürətli smartfon açıqlanıb

Vivo şirkətinin yeni IQOO 3 5G modelinin 2020-ci ilin başlanğıcı üçün ən sürətli smartfon olduğu təsdiq edilib.

Paylaşılan məlumata görə, IQOO 3 5G modeli işləmə sürətinə görə bütün əvvəlki qadcetləri geridə qoyub. Smartfonda UFS3 3.1 standartının məlumatları oxuması sürəti 1800 Mb/saniyəyə çatır. Məlumatların yazılma sürəti (700 Mb/san) də ekspertləri təəccübləndirib.

Qeyd edək ki,  qurğunun məhsuldarlıq üzrə sınaqları çox nüvə eksperimentlərində 3217 bal nəticə göstərib. Bu, hazırda maksimal göstərici hesab edilir.

Ted.az