Azər Türk Bank 2019-cu ili mənfəətlə başa vurub | Banco.az

Azər Türk Bank 2019-cu ili mənfəətlə başa vurub

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2020-ci il tarixinə aktivlərinin həcmi 347,7 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 7% artaraq 178,4 milyon manata çatmışdır. Cəmi bank öhdəlikləri 292,1 milyon  manat təşkil etmişdir.

Məcmu kapitalın həcmi 50,3 milyon manat olmuşdur. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 34%, leverec əmsalı isə 13,6% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan üç dəfə  çoxdur.

Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin son rübündə Bank 602 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə üç dəfədən çoxdur.

Depozit portfeli 142,1 milyon manat həcmində olmuşdur ki, bunun da 38 milyon manatı əhalinin əmanətləridir.

2019-cu ildə Bankın müştərilərinin sayı 36 faiz artaraq 65 990 nəfərə çatmışdır.

1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et