Tamara Mustafayeva, Banco.az
Heç iş yerinizə baxıb onun daha yaxşı dizayn edilmiş olmasını xəyal etmisinizmi?
Çox sanslı olduğuna inandığımız bəzi insanlar var ki, onların çalışdıqları ofislər əsl memarlıq incisidir.
Bugünkü məqaləmizdə sizlərə dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən mükafata layiq görülmüş dizayn nümunələrini təqdim edirik.
İnvestisiya Bankı, London
Photo Credit: The Cool Hunter
Londonda fəaliyyət göstərən memarlıq və dizayn firması “SHH” London İnvestisiya Bankı üçün möhtəşəm ofis dizayn edib. Şirkətin ofisləri ətrafı piyadaların rahat hərəkət etməsi üçün xüsusi yolla əhatə olunan beş mərtəbəli “Georgian townhouse” qonaqlama evində yerləşir.
Photo Credit: The Cool Hunter
Klassik mebellər, zərif və cəlbedici dizayn bu sakit iş mühitini daha da rahat edir.
Photo Credit: The Cool Hunter
ANZ Centre, Melburn
Photo Credit: The Cool Hunter
“HASSELL” memarlıq şirkəti tərəfindən dizayn edilən bu nəhəng bina 130 min kvadrat metr sahəni əhatə edir. Binada gün ərzində 6 500 insan fəaliyyət göstərir.
Photo Credit: The Cool Hunter
Binanın ümumi dizaynına kampus, kafelər, ziyarətçi mərkəzi daxildir. Kampus boyunca sakit iş məkanları ilə əlaqəndirilmiş 44 fərdi mərkəz yerləşir.
Photo Credit: The Cool Hunter
İş sahəsinin 55 %-i kovörkinq üçün nəzərdə tutulmuşdur, qalan hissələr isə qəbul otaqlarıdır.
Hassell firması 2010–cu ildə Dünya Memarlıq Festivalında məhz bu binanın dizaynına görə mükafata layiq görülmüşdür.
Photo Credit: The Cool Hunter
Macquarie İnvestisiya Bankı, Sidney
Photo Credit: The Cool Hunter
Sidneyin One Shelley küçəsində yerləşən Macquarie İnvestisiya Bankının möhtəşəm dizayna malik binası təkcə öz memarlıq üslubuna və dizaynına görə deyil, həmçinin ekoloji davamlılıq və iş mühitinin funksionallığına görə bir çox mükafata layiq görülmüşdür.
Photo Credit: The Cool Hunter
Binanın eksteryer dizaynı “Sidnetin Fitzpatrick & Partners” memarlıq firmasına, interyer dizaynı isə “Clive Wilkinson Architects” şirkətinə məxsusdur.
Photo Credit: The Cool Hunter
All Capital Investment Group, Amsterdam
Photo Credit: The Cool Hunter
All Capital İnvestisiya qrupu Amsterdamda keçirəcəkləri iclaslar üçün iddialı bir məkan axtardıqları zaman bu işin peşəkarı olan iki şirkətə müraciət etdilər. Bunlar interyer dizaynı üzrə ixtisaslaşmış “i29” şirkəti və “Eckhardt en Leeuwenstein” memarlıq ofisi idi.
Photo Credit: The Cool Hunter
Şirkətin iclas otaqları Amsterdamın məşhur kanallarından birinin üzərində yerləşən 17-ci əsrə aid De Gouden Bocht tarixi binasında yerləşir.
Həmçinin oxu: Dünyanın ən qeyri-adi ofisləri
Bizi sosial şəbəkələrdən izləyin!!