Ötən il bütün dünyada mobil tətbiqlərə 120 milyard dollar xərclənib – STATİSTİKA | Banco.az

Ötən il bütün dünyada mobil tətbiqlərə 120 milyard dollar xərclənib – STATİSTİKA

Ötən il Rusiya sakinləri mobil tətbiqlərə 1 milyard dollardan çox  vəsait xərcləyiblər.

Bu haqda “App Annie” analitik şirkətinin mütəxəsissləri məlumat yayıblar.

Məlumata görə, bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 40% çoxdur. Rusiya vətəndaşları əsasən, Tax-tac səltənəti mobil oyununa və Vkontakte sosial şəbəkəsinin mobil tətbiqinə pul xərcləyiblər.

Qeyd edək ki, ümumilikdə ötən il bütün dünyada mobil tətbiqlərin xidmətlərinə 120 milyard dollar xərclənib.  Bu rəqəm 2018-ci ilə nisbətən 20% artıb.

Ted.az