Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudia Aramco”nun bazar dəyəri Yaxın Şərq regionunda yaranmış gərginlik fonunda azalmağa başlayıb.
Xatırladaq ki, ötən ilin noyabr ayında "Saudi Aramco" səhmlərinin ilkin kütləvi tədavülünü (IPO) həyata keçirmişdi və onun bazar dəyəri əvvəlcə 1,7 trilyon ABŞ dollarına çatmış, daha sonra isə 2 trilyon dolları keçmişdi. Hazırda isə şirkətin bazar dəyəri 1,9 trilyon dollara düşüb.
Report