“İslahatlar nəticəsində aqrar sektorun ÜDM-dəki payı artıb” | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“İslahatlar nəticəsində aqrar sektorun ÜDM-dəki payı artıb”

“Azərbaycanda həyata keçirilən islahatların əsas məqsədi vətəndaş məmnunluğuna nail olmaqdır”.

Bunu Bakıda keçirilən "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu"nda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması bu sahədə şəffaflığa şərait yaradıb: “Gələn ildən fermerlərə subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Bu da subsidiyalaşmada insan amilinin rolunu azaldacaq. Ümumiyyətlə isə islahatlar nəticəsində aqrar sektorun ÜDM-dəki payı artıb”. 

Report.az