2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 964,2 milyon manatlıq xidmət göstərib.Göstərilən xidmətin 72,8 faizi əhali tərəfindən istehlak olunub.2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 815,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.Trend
Azərbaycan mobil operatorları il ərzində nə qədər gəlir əldə edib?
![](https://banco.az/sites/default/files/news/woman-hand-using-smartphone-show-technology-icon-social-media-concept-social-network_2034-1510.jpg)
![](/sites/all/themes/bancoaz/logoaz.png)