Azərbaycanda əmtəəlik qaz hasilatı 27% artıb | Banco.az

Azərbaycanda əmtəəlik qaz hasilatı 27% artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 34 315,7 min ton xam neft hasil edilib.

Xam neft hasilatı ötən ilin müvafiq dövründən 3,2% azdır.

Bu ilin 11 ayında hasil edilən xam neftin 34 232,4 min tonu əmtəəlik xam neft olub. Əmtəəlik xam neft hasilatı ötən ilin müvafiq dövründən 3,4% az olub.

Bu ilin yanvar-noyabr ayları ərzində ölkədə qaz hasilatının həcmi isə 32 182,3 mln. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 16% çoxdur.

Hesabat dövründə əmtəəlik qaz hasilatının həcmi 22,141 mlrd. kubmetr olub. Bu isə ötən ildən 27,1% artıqdır.

Report.az