Azərbaycan Respublikası İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat icmalı” dövlət idarəetməsində aparılan islahatlara həsr olunub.
Bu barədə danışan İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin strateji idarəetmə siyasətinə uyğun olaraq qanunverici, icraedici və məhkəmə hakimiyyətinin, habelə yerli özünüidarəetmə və maliyyə xidmətləri üzrə tənzimləmə və nəzarət sisteminin islahatları dövlət idarəetməsinin səmərəliliyini artırmaqla ilk növbədə vətəndaşların və biznesin maraqlarına xidmət edir:
“Strateji yol xəritələrinə uyğun olaraq xarici şokların mənfi təsirindən uzaqlaşandan və yeni hərəkətverici iqtisadi drayverlər hesabına inkişaf xətti bərpa edildikdən sonra Prezident İlham Əliyev tərəfindən dövlət idarəetmə islahatlarının yeni səhifəsinin açılması tarixi qanunauyğunluq idi. Dövlət idadəetmə islahatlarının məqsədi dövlət müstəqilliyinin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması və Azərbaycanın yerli, regional və qlobal çağırışlara daha yaxşı cavab verməsidir.
Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiqləndi, mərkəzi icra hakimiyyəti orqanlarında struktur islahatları aparılır, yerli icra hakimiyyəti quqrumları qarşısında yeni tələblər qoyulmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə icraedici hakimiyyətdə aparılan islahatlar elektron hökumətin inkişafını, “One-stop-shop”dan “non-stop-shop”-a keçidi, “Onlyoneentry” prinsipini, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi, yığcam, mobil və məqsədyönlü fəaliyyəti stimullaşdıracaq. Eyni zamanda dövlət idarəetmə islahatları məcburetmədədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə, məmur-sahibkar təmaslarındanrəqəmsal həllərə və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin edir. Dövlət idarəetmə aparatının islahatları dövlət-özəl dialoqunu və dövlət-vətəndaş dialoqunu daha da irəli aparacaq. Bu çərçivədə dövlət müəssisələrində və özəl sektorda idaəetmə islahatları, o cümələdən korporativ standartların tətbiqi üçün yeni imkanlar yaranıb.
Məhkəmə hakimiyyətində aparılan islahatlar isə özündə elektron məhkəmənin inkişafını, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasını, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılmasını, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsini, humanistləşdirmə və dekriminallaşdırmanı, vəkillik institutunun inkişafını, məhkəmənin maddi-texniki bazasının gücləndirilməsini, məhkəmə ekspertizası işinin daha da təkmilləşdirilməsini ehtiva edir.
Hakimiyyətin icra və məhkəmə qanadlarında islahatlar qanunverici orqanın islahatları lə davam edir. Növbədənkənar seçkilər nəticəsində yeni parlament islahatlar kursuna daha sistemli dəstək olacaq, dövlət idarəetməsində ictimai nəzarəti və vətəndaş iştirakçılığını daha da gücləndirəcəkdir. Burada həm yeni millət vəkilləri korpusunun formalaşdırılması, həm də institutsionaltəkmilləşdirmələr üçün imkanlar yaranıb. Yeni parlamentin məhz dövlət idarəetmə islahatları çərçivəsində formalaşması qanunverici hakimiyyətin məsuliyyətini daha da artıracaqdır.
Bələdiyyə seçkiləri isə yerli özünüidarəetmə orqanlarının yenilənməsinə dəstək olacaq.
Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə effektiv dövlət idarəetmə sistemi qurulmuşdur. Azərbaycan Dünya Bankının hesabladığı “Hökümətin səmərəliliyi” sub-indikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib. Belə ki, müqayisə olunan dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə irəliləyə bilib.
Azərbaycan “Qlobal Rəqabətlilik hesabatı”nda 140 ölkənin arasında Məhkəmənin müstəqilliyi meyarına görə 39-cu, Höküməttənzimlənməsinin yükü meyarına görə 3-cü, Hökümətin siyasətin davamlılığını təmin etməsi meyarına görə 11-ci, Hökümətin dəyişikliklərə reaksiyası meyarına görə 5-ci, Hökümətin uzunmüddətli vizyonu meyarına görə 10-cu pillədə qərarlaşıb. ASAN, DOST, ABAD, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, Şəbəkə və s. xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır.
Azərbaycandan dövlət idarəetmə islahatları bundan sonra aparılacaq iqtisadi və sosial islahatların sistemliliyini və dayanıqlılığını təmin edəcək, ölkənin davamlı inkişafına zəmin olacaqdır. Ən əsası islahatların sistemli, rəvan və hər hansı gərginlik olmadan aparılması islahatlara inamı artırır. Azərbaycan ictimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf edir. Hazırda dünyada rəqabət idarəetmə sistemləri arasında gedir. Azərbaycan məhz idarəetmənin səmərəliliyini artırmaqla qlobal səviyyədə rəqabətlilik potensialını gücləndirir.”
Qeyd edək ki, “İslahat icmalı” ilə www.iqtisadiislahat.org saytında İcmallar bölümündən tanış ola bilərsiniz:
http://iqtisadiislahat.org/store//media/2019/Dekabr/other/Idareetme%20islahatlari.pdf