Azərbaycanda turizm sektoruna bu il 9 milyon manat güzəştli kredit verilib | Banco.az

Azərbaycanda turizm sektoruna bu il 9 milyon manat güzəştli kredit verilib

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu turizm sektoruna 9 milyon manat güzəştli kredit verib.

Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə Fond indiyə qədər sektora 53 milyon manat borc verib, bu isə 4 800-dən çox yeni iş yerinin yaradılması deməkdir. 

Report.az