İnsan Resursları Departamentinin Mütəxəssisi | Banco.az
AccessBank

İnsan Resursları Departamentinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

İnsan Resursları Departamentinin Mütəxəssisi

Öhdəliklər:

• Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirmək.
• Əmək kitabçalarında əmrlər əsasında qeydlər aparmaq.
• Əməkdaşlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq.
• Əməkdaşların şəxsi işlərini aparmaq, formalaşdırmaq.
• Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq, Vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək
• Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək. İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq.
• Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
• Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək.
• Qeyri-residentlərin sənədlərinin Dövlət Miqrasiya Xidmətinə təqdim etmək
• İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq
• Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.
• Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək.
• Əmək məhsuldarlığını artırmaq, işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq.

Tələblər:

• Ali təhsil
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
• Azərbaycan, Rus və İngilis dillərini bilmək
• Əmək qanunvericiliyinin və digər normativ-hüquqi aktların əsaslarını bilmək
• E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
• İR Departamentinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilmək;
• Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, təqaüdlərin təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsini bilmək;
• Əmək proseslərinin təşkili, sosial psixologiya və sosiologiyanın əsaslarını bilmək;
• Komandada işləmək və ünsiyyət qurma bacarığı;
• Problemləri həll etmə bacarığı;
• Detallara xüsusi diqqətlilik;
• Stresə davamlı.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.