Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

26 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106022756ISIN-li, 15mln. manat həcmində, 1092gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 94.9646  AZN (10.05000%)və 101.3105 AZN (8.0000%)olan29 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti100.7837 (8.200%)orta ölçülmüş qiyməti 100.8152 (8.1880%) müəyyən edilmişdir. Sifarişlərinnominal qiymətləümumi məbləği 78,963,500.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00AZNtəşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 22.11.2022-ci il.

Hərrac iştirakçıları 27noyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.