"2030-cu ilədək süni intellekt dünya iqtisadiyyatına 15,7 trilyon dollar gəlir gətirəcək".
Bu haqda PwC şirkətinin proqnozunda deyilir.
McKinsey şirkəti isə bu rəqəmin 13 trilyon dollar dəyərində olacağını bildirir: "Bu məbləğin 20–25%-i inkişaf etmiş ölkələrin, 5–15%-i isə inkişaf etməkdə olan ölkələrin payına düşəcək".
"2030-cu ilə qədər dünya şirkətlərinin 70%-i süni intellektdən istifadə edəcəklər. Süni intellekt bazarında liderliyi Çin Xalq Respublikası əldə edəcək. Bu ölkənin daxili süni intellektlə həllər bazarı 2020-ci ildə 150 milyard dollara çatacaq", – deyə McKinsey şirkətinin analitikləri qeyd ediblər.
Ted.az