2019-cu ilin Sentyabr ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 376 milyon 759 min manat gömrük rüsumu və vergiləri daxil olub.
2018-ci ilin Sentyabr ayı ilə müqayisədə daxilolma 47 milyon 349 min manat və ya 14,4% artıb, 2019-cu ilin avqust ayı ilə müqayisədə isə 18 milyon 42 min manat və ya 4,8% azalıb.
Avqust ayı ilə müqayisədə Sentyabrda toplanan gömrük rüsumu, ƏDV, aksiz vergisi və yol vergisi azalıb.
Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 3 milyard 250 milyon 416 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 650 milyon 42 min manat və ya 25% çoxdur. 2018-ci ilin 9 ayı ərzində daxilolma 2 milyard 600 milyon 374 min manat təşkil etmişdi.
Marja