Bank sistemlərinin inkişafı şöbəsinin aparıcı/baş mütəxəssisi | Banco.az
Kapital Bank

Bank sistemlərinin inkişafı şöbəsinin aparıcı/baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank sistemlərinin inkişafı şöbəsinin aparıcı/baş mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Bank sistemlərinin inkişafı şöbəsinin aparıcı/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər:

  • Bank uçot sistemləri ilə işləmək üçün rəhbərliyin təklif etdiyi standartlar əsasında proqram təminatının tətbiqi
  • Proqram təminatının fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi
  • Proqram təminatının fəaliyyəti prosesində ortaya çıxan nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması məqsədilə test rejimində yoxlanılması
  • Proqram təminatından istifadə edilməsinə dair təlimatların hazırlanması və müvafiq sənədləşmənin aparılması
  • Real iş rejimində proqram təminatının istismarı nəticələrinin, proqram təminatının iş prosesində baş verən dayanmaların və məlumatın emal edilməsində keyfiyyət və surətin aşağı düşməsi səbəblərinin araşdırılması və meydana çıxan çatışmamazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi
  • Real iş rejimində proqram təminatı üzrə hər hansı dəyişikliklərin, dayanmaların və yenilənmələrin yalnız bilavasitə rəhbərinin icazəsi ilə həyata keçirilməsi
  • Proqram təminatından istifadəyə dair təlimatlarda bütün lazımi dəyişikliklərin və əlavələrin vaxtında icrası və onlara nəzarət
  •  Proqram təminatı istifadəçilərinin təlimatlandırılması və öyrədilməsi

 

Tələblər:

  • İnformasiya texnologiyaları sahəsində ali təhsil (iqtisadiyyat, maliyyə, kibernetika);
  • İş təcrübə:  5 il
  • Microsoft Windows əməliyyat sistemləri üzrə işləmə bacarığı;
  • Biliklər:  SQL, PL\SQL bilikləri olması
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması
  • Dil bilikləri: Texniki İngilis dili biliyi; Orta  səviyyədə Rus dili biliyi;
  • Komanda tərkibində və fərdi işləmə bacarığı.

 

CV-lərinizi, mövzu hissəsində “Bank sistemlərinin inkişafı şöbəsininaparıcı/baş mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.