Biz zirvələri fəth etməyi arzulayırıq, möhtəşəm planlar qururuq, məqsədlərimizə çatmaq üçün fürsət axtarırıq və ya özümüz o fürsətləri yaradırıq. Ancaq hər kəs qarşısına məqsəd qoymaq və o məqsədə çatmaq metodologiyası ilə tanış deyil. Hansı taktikalar kömək edə bilər?
Təhsil sistemi nəzəri biliklərin qazanılmasına, beynin informasiya ilə yüklənməsinə istiqamətlənib. Lakin məqsəd qoyulduğu zaman uğurlu şəkildə nəticəyə çatmağı heç kim öyrətmir. Ancaq iki üsulu mənimsədikdən sonra siz cazibə qanununu işə salmış olacaqsınız.
İlk sirr ondan ibarətdir ki, siz emosional səviyyədə hiss etməlisiniz ki, məqsədə çatmışsınız, xəyal reallığa çevrilmişdir. Özünüzü elə aparın, sanki nəticə artıq sizinlədir. Bu hissiyyatla yaşamaqla, bu düşüncəni hüceyrə səviyyəsində şüuraltınıza ötürməklə siz təbii yolla həyatınıza lazım olan şeyi cəlb etmiş olarsınız.
Eynşteyn demişdir: «Problemi onun yarandığı ruh halında həll etmək mümkün deyil». Buradan belə nəticə çıxır: Düşüncə tərzini dəyişmədən, nəticəni aydın vizualizasiya etmədən və özünətəlqin etmədən həyatınızı yaxşılığa doğru dəyişdirə bilməzsiniz. Kainata məqsədi hansı üsulla realizə etməyi seçməkdə mane olmayın.
Qazanılmış nəticəni şüurunuza yerləşdirdiyiniz təqdirdə nəticə üzərində kainatla bir vəhdət şəklində işləyəcəksiniz və cazibə qanunu sizin xeyrinizə təsir edəcək.
Məqsədə çatmağın ikinci sirri birincisi ilə sıx bağlıdır: Nəyisə götür-qoy edib, məqsədi düşündükdən sonra nəticə barədə narahat olmayın. Həyatda böyük müvəffəqiyyətlərə imza atmış bütün insanlar belə davranır, xəyal qururlar və onu realizə etməsi üçün kainatın öhdəsinə buraxırlar.
Məqsəddə ən başlıca amil özünü burada və indi yaxşı hiss etməkdir. Əgər arzunun arxasınca getdiyiniz yolda özünüzü yaxşı hiss edirsinizsə, siz artıq qalibsiniz. Bu, həyatın ən böyük paradokslarından biridir, zaman — sadəcə illüziyadır.
Nəticəyə fokuslanmayın, sadəcə məqsədə çatmaq üçün əlinizdən gələni ən yüksək səviyyədə edin, iş prosesinin özündən zövq alın. Bunu edərkən neqativ duyğulardan kənar durun, gülün, əylənin və siz fərqində olmadan arzuladığınız şey həyatınıza daxil olacaq.
Məqsədə gedən yolda bəzi addımlar sizə səhv görünə bilər, lakin hər halda onlar da nəticəyə aparır. Enerji dolu insan qorxu və şübhəyə qapılmadan istənilən hədəfə doğru əmin addımlarla irəliləyəcək.
Nigar Umaxanlı, banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!