ABŞ-ın fond birjasının indeksləri azalıb | Banco.az

ABŞ-ın fond birjasının indeksləri azalıb

ABŞ fond birjasında hərraclar oktyabrın ikisində əsas indekslərin azalması ilə başa çatıb.

Amerikanın sənaye indeksi "Dow Jones" 494 bənd və ya 1,9 faiz azalaraq 26079 bəndə düşüb.

"S&P 500" indeksi 1,8 faiz azalaraq 2888 bəndə, NASDAQ elektron birja indeksi 1,6 faiz azalaraq 7785 bəndə düşüb.

Report.az