Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, 2019-cu ilin 8 ayı ərzində kommersiya bankları Mərkəzi Banka olan borclarını 225 milyon manat, Avqust ayında isə 1 milyon manat azaldıblar. Cəmi borc 31 Avqust 2019-cu il tarixində 159,7 milyon manat təşkil edib.
Mərkəzi Bankın banklara qarşı tələbləri 31 Dekabr 2018-ci il tarixində 384.7 milyon manat, 30 İyul 2019-cu il tarixində isə 160.7 milyon manat təşkil edirdi.
Müştərilərə verilən kreditlərin 13 milyard 527 milyon manata çatdığını nəzərə alsaq, bankların cəlb etdiyi resurslarda Mərkəzi Bankın vəsaitlərinin payı çox aşağıdır.
marja