ABŞ İran sanksiyalarını 48 saat ərzində açıqlayacaq | Banco.az

ABŞ İran sanksiyalarını 48 saat ərzində açıqlayacaq

ABŞ Prezidenti Donald Tramp, İrana tətbiq ediləcək yeni sanksiyaları 48 saat içərisində açıqlayacaqlarını bildirib.

İrana qarşı sanksiyaların artırılması məsələsinə toxunan Tramp, "İrana bəzi çox mühüm sanksiyalar əlavə edəcəyik. Bunları da gələcək 48 saat ərzində elan edəcəyik",- deyib.

İrana hərbi müdaxilənin olub olmayacağına dair suala Tramp, "Nə olacağını görəcəyik" cavabını verıb.  Tramp, "Əgər bir şey etmək lazım gələrsə, bunu tərəddüd etmədən edirik", - ifadəsini istifadə edib. 

Hazırda çox güclü bir mövqedə olduqlarını vurğulayan Tramp, "İrana hərbi müdaxilə son variantdır. Amma masada başqa variantlar da var",- deyib.

Marja