Avro və neft ucuzlaşdı | Banco.az

Avro və neft ucuzlaşdı

Avropa Mərkəzi Bankının faiz qərarından sonra Avro Dollar qarşısında ucuzlaşıb.

Dollar/Dollar məzənnəsi 1,6% düşərək 1.0941 səviyyəsinə düşüb (Avro ucuzlaşıb, Dollar bahalaşıb).

Netin qiyməti də düşüb. Brent neftinin qiyməti 60 dollardan da aşağı düşərək 59,71 dollara geriləyib. Neft 2%-ə yaxın ucuzlaşıb.

Avropada sənaye istehsalı azaldığından və inflyasiya yüksəlmədiyindən Avropa Mərkəzi Bankı mənfi faizi daha da aşağı salıb. Avropa Mərkəzi Bankı depozit faizini mənfi 0.4%-dən mənfi 0.5%-ə endirib. Həmçinin bank 1 Noyabrdan etibarən hər ay 20 milyard avroluq istiqraz alacağını açıqlayıb.

Marja