Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəticələr açıqlanıb | Banco.az

Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəticələr açıqlanıb

Azərbaycanda 2018-ci ilin sonu, 2019-cu ilin birinci yarısı ərzində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində əldə edilən nəticələr açıqlanıb.

Azərbaycan Baş Nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri Əli Əhmədov deyib ki, 2019-cu ilin ilk 6 ayında əmək müqaviləsi bildirişlərinin sayı 101 min 551 ədəd artaraq 1 iyul tarixinə 1 milyon 503 min 731 ədəd olub.

Ə. Əhmədov xatırladıb ki, 2018-ci ildə bu göstərici 91 min 389 ədəd təşkil edib. Ümumilikdə isə Komissiya yaranandan indiyədək təxminən 250 min əmək müqaviləsi artımı olub.

Komissiya sədrinin sözlərinə görə, 2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxslərin sayı ötən ilin əvvəli ilə müqayisədə 32 min 457 nəfər artaraq 361 min 1 nəfər, 2019-cu ilin 1 iyul tarixinə isə aktiv fiziki şəxslərin sayı 8 min 569 nəfər artaraq 369 min 570 nəfər təşkil edib.

Report.az