Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Dəyişikliyə görə, təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri müəyyən edilib.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
32-1.1. məktəbəqədər təhsil müəssisələri |
2000 manat |
32-1.2. ümumi təhsil müəssisələri |
5000 manat |
32-1.3. məktəbdənkənar təhsil müəssisələri |
5000 manat |
32-1.4. peşə təhsili müəssisələri |
10000 manat |
32-1.5. orta ixtisas təhsili müəssisələri |
12000 manat |
32-1.6. ali təhsil müəssisələri |
20000 manat |
32-1.7. əlavə təhsil müəssisələri |
12000 manat |
32-1.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr |
12000 manat |