TAP kəməri üzrə tikinti işlərinin 88,5 faizi tamamlanıb | Banco.az

TAP kəməri üzrə tikinti işlərinin 88,5 faizi tamamlanıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 88,5 faizi yekunlaşıb.

Bu barədə TAP konsorsiumunun yaydığı məlumatda qeyd olunub. TAP kəmərinin tikintisi çərçivəsində bu ilin sonunadək Yunanıstan və Albaniya ərazisində boruların 100 faizi torpağa basdırılacaq. İndiyədək boru üzrə Yunanıstan və Albaniya ərazisində boruların 98 faizi torpağa basdırılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et